Sen 11, 2020 09:11 Asia/Baku
  • Suriya HHM qüvvələri sionist rejimin raket hücumuna cavab veriblər

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri bu gün səhərçağı sionist rejimin Suriyanın şimalındakı Hələb vilayətinə qarşı raket hücumuna cavab veriblər.

SəhərAzəri xəbər verir, Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri Hələb şəhərinin yaxınlığında yerləşən Əlsəfirə bölgəsinin üzərində bir neçə raketin izinə düşərək, onları məhv ediblər.

Bu raketlər sionist rejim qırıcıları tərəfindən atılıbdır.

Sionist rejim daima terrorçuları himayə etmək üçün Suriya ordusunun mövqeləri və bu ölkənin infrastrukturlarını hədəfə alır.

Teqlər