Səudiyyə Ərəbistanı krallığa giriş-çıxışa qadağanın müddətini uzatdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367235-səudiyyə_Ərəbistanı_krallığa_giriş_çıxışa_qadağanın_müddətini_uzatdı
Səudiyyə Ərəbistanı ölkə sakinləri üçün krallığa giriş-çıxış qadağasını 2021-ci il yanvarın 1-dən sonra ləğv edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2020 06:03 Asia/Baku
  • Səudiyyə Ərəbistanı krallığa giriş-çıxışa qadağanın müddətini uzatdı

Səudiyyə Ərəbistanı ölkə sakinləri üçün krallığa giriş-çıxış qadağasını 2021-ci il yanvarın 1-dən sonra ləğv edəcək.

Səhər Azəri bildirir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi (SAP) məlumat verib.

Məlumatda məhdudiyyətlərin ləğvinə aid konkret vaxtın təyin olunmuş tarixdən 30 gün əvvəl elan ediləcəyi göstərilir.

Bundan əlavə, bütün Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin pasport və viza sahiblərinə, ehtiyat tədbirlərinə riayət edilmək şərti ilə sərbəst şəkildə krallığa işləmək və yaşamaq üçün gəlmək və tərk etmək hüququ veriləcək. Səudiyyə Ərəbistanına giriş üçün əsas tələb gəlməkdən 48 saat əvvəl edilən koronavirus testinin neqativ nəticəsini göstərən sənədin olmasıdır.