Ərəb ölkələrinin dollarları sionist rejimin ağzını sulandırır
Netanyahu: "Sülh" anlaşması İsrailə milyardlarla dollar qazanc gətirəcək
"Əmirliklər və Bəhreyn ilə sülh anlaşması İsrail iqtisadiyyatına milyardlarla dollar qazanc gətirəcək"
Səhər Azəri bildirir ki, bu sözləri sionist rejimin baş naziri Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ilə sülh anlaşmasını imzalamaq üçün Vaşinqtona səfəri zamanı deyib.
Benyamin Netanyahu səfər öncəsi verdiyi müsahibədə "sülh müqabilində sülh" anlaşmasını reallaşdırmaq üçün Vaşinqtona səfər etdiyini deyib.
Netanyahu belə bir sülhə nail olmaq üçün 25 il vaxt sərf etdiyini deyərək, anlaşmanın özündə siyasi və iqtisadi maraqları cəmləşdirdiyini qeyd edib. Belə ki, sərmayə qoyuluşu və iri iqtisadi layihələrin icrası ilə bu anlaşma İsrailə milyardlarla dollar gəlir gətirəcək.
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri də bu anlaşmanı imzalamaq üçün Vaşinqtona səfər edib.