Sen 19, 2020 09:18 Asia/Baku
  • Bəhreyn xalqı Ali-Xəlifə rejimi ilə sionist rejim razılaşmasına qarşı aksiya keçirib

Bəhreyndə insanlar aksiya keçirərək, bu ölkə başçılarının sionist rejimlə sazişini qınayıblar.

Səhər Azəri bildirir ki, Bəhreyn xalqı Manam başçılarının Təl-Əviv ilə diplomatik əlaqələrin qurulmasına dair qərarına etiraz olaraq, aksiya keçirib.

"Frans Press"in məlumatına görə, bəhreynli etirazçılar cümə namazından sonra küçələrə gəlib və əllərində Bəhreyn və Fələstin bayraqlarını tutaraq, "Saziş xəyanətdir" şüarı səsləndiriblər.

Bəhreyn xalqından yüzlərlə nəfər sentyabrın 17-də bu ölkənin müxtəlif bölgələrində, təhlükəsizlik qüvvələrinin hazır vəziyyətdə olmasına baxmayaraq, gecə saatlarında aksiyas keçirərək, sionist rejim ilə münasibətlərin normallaşdırılmasına etiraz ediblər.

Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin xalqı və müxtəlif qrupları Abu-Dabi və Manama ilə sionist rejim arasındakı razılaşmanı qınayaraq, 15 sentyabr gününü ərəb dünyası təqvimində "Qara Gün" adlandırıblar.

Teqlər