Sen 19, 2020 12:32 Asia/Baku
  • İsrail ilə əlaqələrin yaradılması İslam dininə xəyanətdir

Yəmənin cənubunda Əmirliklər və Bəhreynin sionist İsrail rejimi ilə diplomatik əlaqələrin qurulmasına etiraz olaraq aksiya keçirilib.

Səhər Azəri bildirir ki, Yəmənin Əbyən vilayətində keçirilən aksiyada insanlar əllərində Fələstin bayrağı və Qüdsün fotoşəkilini daşıyaraq, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin Təl-Əvivlə diplomatik əlaqələr qurmasını İslam dininə xəyanət və dini etiqadlara zidd hərəkət adlandırıblar. 

Yəmənli aksiya iştirakçıları Əmirliklər və Bəhreynin hərəkətini kəskin qınayaraq, sionist rejimin Yəmənin Sokatra adasına ayaq açmasına etiraz ediblər. 

Yəmənlilər ərəb və müsəlman xalqlardan bu xəyanət qarşısında susmamalarını istəyərək, Yəmənin istefada olan hökuməti tərəfindən oxşar addımın atılmasına dair ciddi xəbərdarlıq ediblər. 

Teqlər