Sen 22, 2020 16:30 Asia/Baku
  • UNİFİL sionist rejim hərbçilərinə xəbərdarlıq edib

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri UNİFİL-in komandiri sionist rejim hərbçilərinə xəbərdarlıq edərək, onları Livanın hava məkanını pozmamağa çağırıb.

Səhər Azəri bildirir ki, bu barədə Livanın Əl-Məyadin informasiya kanalı məlumat yayıb.

Əl-Məyadin kanalının məlumatına görə, Livandakı UNİFİL qüvvələrinin komandiri Stefano Del Kol bu gün deyib: "Sionist rejim qırıcılarının Livan üzərindən uçuşu Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozur.

Del kol son günlərdə UNİFİL-in Livanın hava məkanının sionist rejim qırıcıları tərəfindən çoxlu sayda pozulması hallarının qeydə aldığını bildirərək, bu mütəmadi təxribatların gərginliyə səbəb olacağı və Beyrut ilə Təl-Əviv arasında düşmənçilik hərəkətlərinin dayandırılmasına dair müahidəni təhlükə altına sala biləcəyi ilə bağlı xəbərdarlıq edib.

BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi 2006-cı ildə İsrail rejimi ilə Livan arasında 33 günlük müharibənin sona çatmasından sonra təsdiqlənib və sionist rejimi Livana qarşı düşmənçilik hərəkətlərindən çəkindirir, Lakin sionist rejim bu qətnaməyə məhəl qoymadan mütəmadi olaraq, Livanın hava, dəniz və quru məkanını pozur.

Teqlər