Suriyada ABŞ və kürd bölmələrinin nəzarətindəki bölgələrdə ərəb qəbilələri etiraza qalxıb
Suriyada Fərat çayının şərqində yerləşən bir sıra qəsəbə və kəndlərdə xüsusilədə Əbu-Hammam qəsəbəsində sakinlər yaxınlarının azad edilməsi üçün ABŞ və kürd bölmələrinə qarşı etiraza qalxıblar.
SəhərAzəri SalamNews-a istinadla xəbər verir, ötən gün Əbu-Hammam və ətraf bölgələrdə etirazlar fonunda kürd bölmələrinin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri”nə naməlum silahlılar tərəfindən hücum edilib və 4 nəfər ölüb.
Bunun ardından ABŞ hərbi qüvvələri və dəstəklədiyi kürd bölmələri Dirazzur əyalətinin şərqində Şüheyl və Ziban qəsəbələrində basqınlar həyata keçirərək, yerli ərəb qəbilələrindən xüsusilədə əl-Ukeydat qəbiləsinin üzvlərindən bir neçəsini həbs ediblər.
Qeyd edək ki, bu, Fəratın şərqində ABŞ və kürd bölmələrinin nəzarətindəki ərazilərdə ilk etiraz dalğası deyil. Bundan öncə də Fəratın şərqində ABŞ qüvvələri və kürd bölmələrinin bölgəni tərk etmələri üçün bir neçə dəfə etirazlar baş qaldırıb.