Okt 17, 2020 14:55 Asia/Baku
  • Səudiyyə rejimi Yəməndə yenə uşaqları bombaladı

Səudiyyə rejiminin koalisiyasının muzdluları Yəmənin Taiz vilayətindəki dinc yaşayış mərkəzlərini minaatandan hədəfə alıb.

SəhərAzəri Deyerler.org-ə istinadla xəbər verir ki, Səudiyyə rejiminin koalisiyasının muzdlularının Taiz vilayətinin Saleh şəhərindəki Əl-Muxbəz Əl-Əli məhəlləsinə minaatan hücumu nəticəsində bir uşaq həlak, üç uşaq da yaralanıb.

Səudiyyə rejiminin koalisiyasına məxsus döyüş təyyarələri, həmçinin Əl-Cəvf əyalətinin Xab və Əl-Şaaf şəhərlərindəki Əl-Xəncər və Əl-Maraziq bölgələrini bombalayıb.

Maczar və Rahbah şəhərləri də bombalanıb.

Saada vilayətinin Kətaf şəhərinin Əl-Fərah bölgəsi də bu gün (17 oktyabr) bombalanıb.

Teqlər