Okt 18, 2020 09:06 Asia/Baku
  • Sionistlərin 54%-i Netanyahunun kənarlaşdırılmasını istəyir

Bir sionist qəzetin rəy sorğusunun nəticələri göstərir ki, işğal olunmuş ərazilərin sakinlərinin əlli dörd faizi bu rejimin baş naziri Benyamin Netanyahunun kənarlaşdırılmasını istəyir.

SəhərAzəri xəbər verir, "Maariv" qəzeti tərəfindən aparılmış rəy sorğusunun nəticələri göstərir ki, sionistlərin əlli dörd faizi Netanyahunun hakimiyyətdən getməsini, otuz altı faizi isə onun hakimiyyətdə olmasının davam etməsini istəyir. On faiz isə bu barədə öz fikrini bildirməyibdir.

Netanyahuya etiraz edənlər may ayından bəri həftəlik surətdə aksiya keçiriblər. Onlar iqtisadi problemlərin artması, hökumətin koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyəti və Netanyahunun korrupsiyasına görə onun sionist rejimin baş nazirliyindən kənara çəkilməsini istəyirlər.

Teqlər