Dəməşqin baş müftisi terror hücumu nəticəsində öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i368770-dəməşqin_baş_müftisi_terror_hücumu_nəticəsində_öldürülüb
Suriya KİV-ləri Dəməşqin baş müftisinin bomba partlayışı nəticəsində öldürülməsindən xəbər veriblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 23, 2020 10:47 Asia/Baku
  • Dəməşqin baş müftisi terror hücumu nəticəsində öldürülüb

Suriya KİV-ləri Dəməşqin baş müftisinin bomba partlayışı nəticəsində öldürülməsindən xəbər veriblər.

SəhərAzəri Suriyanın rəsmi xəbər agentliyi SAN-ya istinadla xəbər verir ki, Dəməşqin baş müftisi Şeyx Məhəmməd Ədnan Əfyuni "Qüdsiya" qəsəbəsində avtomobilinə yüklənmiş bombanın partlaması nəticəsində öldürülüb.

Məlumata əsasən, İslam dünyası və Dəməşqin alimlərindən biri olan Dəməşqin baş müftisi "Qüdsiya" bölgəsi və ətrafına aid Milli Barışıq Mərkəzinin sədri və Suriyanın Vəqflər Nazirliyinin Fiqh Şurasının üzvü idi. 

Hələ ki, heç bir şəxs və ya qruplaşma bu hücumun məsuliyyətini üzərinə götürməyib.