Liviyada qalıcı atəşkəs əldə olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i368779-liviyada_qalıcı_atəşkəs_əldə_olunub
Liviyada qalıcı atəşkəsin əldə olunması ilə bağlı razılaşma imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2020 14:08 Asia/Baku
  • Liviyada qalıcı atəşkəs əldə olunub

Liviyada qalıcı atəşkəsin əldə olunması ilə bağlı razılaşma imzalanıb.

 SəhərAzəri xəbər verir, bu barədə BMT-nin Liviya üzrə missiyası rəsmi "Facebook" səhifəsində məlumat verib. 

BMT Liviya hərbi danışıqlarından sonra tərəflər arasında əldə olunan qalıcı atəşkəs razılaşmasını tarixi nailiyyət adlandırıb. 

Detallar bəlli deyil, lakin tərəflər bu gün (oktyabrın 23) Cenevrədə atəşkəs razılaşmasının imzalanma mərasimində iştirak ediblər.