Ənsarullahın Sudan ilə Sionist rejim arasındakı münasibətlərin normallaşmasına reaksiyası
Yəmənli Ənsarullah hərəkatı Sudan ilə Sionist rejim arasındakı münasibətlərin normallaşmasını pisləyib.
SəhərAzəri xəbər verir, Yəmənli Ənsarullah hərəkatının siyasi bürosu bir açıqlamasında Sudan ilə Sionist rejim arasındakı münasibətlərin normallaşmasını və Fələstin milləti və amallarına qarşı sui-qəsdi qətiyyətlə pisləyib.
Bəyanatda qeyd olunub: İşğalçı Sionist rejimin hərisliyi ilə uzlaşan və İslamın ən müqəddəs məsələsini hərraca çıxaran cinayətkar rejimlər, bu gün millətlərinin və bölgədəki bütün millətlərin qarşısında rüsvay olublar.
Yəmənin Ənsarullahı vurğulayıb: Müsəlman ümmətinin düşməninin yanında olan və şərəflərini satan BƏƏ, Bəhreyn və Sudan kimi kukla rejimləri bu hərəkətlərdən tarixi itki, utanc və rüsvayçılıqdan başqa heç bir şey qazanmayacaqlar.
Bəyanatda əlavə edilib: Bu rejimlər nə qədər xəyanət etsələr və Sionist rejimlə münasibətlərini normallaşdırsalar və ABŞ və İsrailə sədaqətlərini elan etsələr də, xalqları bunu heç vaxt qəbul etməyəcəklər və bu kimi hərəkətləri və Fələstin məsələsinə qarşı hər hansı bir oyunu qınamağa davam edəcəklər.