Yəmənin idman və gənclər nazirinə sui-qəsd edildi
Yəmənin Daxili İşlər Nazirliyi bu gün (27 oktyabr) terror hücumunda hədəfə alınan idman və gənclər naziri Həsən Zaidin həlak olması xəbərini təsdiqləyib.
SəhərAzəri ƏlMəsirəyə televiziya kanalının verdiyi məlumata istinadən xəbər verir, Yəmən Daxili İşlər Nazirliyi (paytaxt Sənada) tərəfindən verilən açıqlamada belə qeyd olunub: "Təcavüzkarlarla əlaqəli cinayət tərkibi (Səudiyyə rejimi və BƏƏ) idman nazirini şəhid etdi. Vurularkən maşında qızını aparırdı, nəticədə özü şəhid oldu, qızı isə yaralandı.
Həsən Zaydın öldürülməsi cinayətkar bir hərəkətdir və təcavüzkarların Yəmən Milli Qüvvələrinin kadrlarını öldürmək (aradan qaldırmaq) planlarının bir hissəsidir. İstintaq davam edir və cinayətkarların ədalət mühakiməsinə çıxarılması üçün təhlükəsizlik işləri davam etdirilir”.
Bu gün səhər mediada Yəmənin idman və gənclər naziri Həsən Zaidin Sənada öldürüldüyü bildirilmişdi. Bəzi yerli mənbələr yəmənli nazirin Səna (paytaxt) vilayətinin cənubundakı Huda qəsəbəsində motosiklet sürücüsü tərəfindən vurulduğunu qeyd etmişdi.