Noy 14, 2020 04:18 Asia/Baku
  • Ənsarullah Səudiyyə rejiminin koalisiyasının hərbi bazalarını vurdu

Noyabrın 13-ü Səudiyyə rejiminin rəhbərlik etdiyi təcavüzkar koalisiyanın komandirlərinin Yəmənin Məarib vilayətindəki Tadavin hərbi bazasında keçirilən toplantısı ballistik raketlə hədəfə alınıb.

SəhərAzəri xəbər verir, raket hücumu nəticəsində istefa edən Yəmən rejiminin müdafiə naziri Məhəmməd əl-Məqdaşı və baş qərargah rəisi Saqir bin Əzizin məhv edildiyi ehtimal edilir.

Məlumata görə, raket hücumunda Əhməd Əl-Kəəbi, Şəmi Məhəmməd Əl-Asiri və Tariq Əhməd Əl-Məhbaşi adlı Səudiyyə rejiminin 3 zabiti də yaralanıb.

Səudiyyə rejimi və istefa vermiş Əbdürrabbu Mansur Hadi rejiminin raket hücumu ilə bağlı hələ açıqlama verməyib.

Yəmənin qərbindəki Məarib şəhəri Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) mühasirəsindədir və şəhərin hərbi bazaları dəfələrlə Ənsarullah raketləri tərəfindən hədəfə alınıb.

Hücum cümə axşamı (12 noyabr) gecə Səudiyyə rejiminin cənub-qərbində Cizan neft terminalında yanğın olması barədə xəbərlər yayılandan sonra baş verib.

Ənsarullahın bu gün Məarib vilayətindəki Əl-Cuba şəhərinin Umm Əl-Riş bazasını da raketlə hədəfə alıb.

Xain Mənsur Hadi qüvvələrinin ən mühüm komandirlərindən biri olan Seyf Əş-Şadadinin hücum zamanı yaralandığı deyilir.

Şadadi əvvəllər Əl-Qaidə terror qruplaşmasının komandiri olub və Məaribin cənub cəbhələrində fəaliyyət göstərib

Teqlər