Suriya xarici işlər naziri vəfat edib
Noy 16, 2020 07:58 Asia/Baku
Medialar Suriyanın baş nazirinin müavini və xarici işlər naziri Vəlid Əl-Müəllimin vəfat etməsindən xəbər veriblər.
SəhərAzəri xəbər verir, Suriyanın rəsmi xəbər agentliyi bu gün səhər saatlarında bu ölkənin Xarici İşlər Nazirliyinə istinadən Vəlid Əl-Müəllimin vəfat etməsi xəbərini elan edib.
O, 2006-cı ildəb bəri Suriyanın xarici işlər naziri vəzifəsində çalışıb.
79 yaşlı Əl-Müəllim, həmçinin on il müddətinə ölkəsinin ABŞ-da səfiri olubdur.
Bu haqda daha ətraflı məlumat verilməyib.