Livanda 70 məhbus həbsxanadan qaçıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i369872-livanda_70_məhbus_həbsxanadan_qaçıb
Livanın Bəabda rayonunda yerləşən həbsxanadan 70 məhbus qaçmağa müvəffəq olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2020 06:53 Asia/Baku
  • Livanda 70 məhbus həbsxanadan qaçıb

Livanın Bəabda rayonunda yerləşən həbsxanadan 70 məhbus qaçmağa müvəffəq olub.

SəhərAzəri əl-Mənar telekanalına istinadla xəbər verir ki, bu gün səhər Beyrutun şərqində yerləşən Bəabda həbsxanasından 70 məhbus qaçıb.

Məlumata görə təhlükəsizlik qüvvələri məhbuslardan 9-nu ələ keçiriblər.

Ölkə polisi qaçan məhbuslardan 5-nin Beyrut ətrafında baş verən avtomobil qəzasında öldüyünü bildirib.

Qaçanlar arasında təhlükəsizlik məsələlərilə bağlı həbs edilmiş məhbusların olduğu deyilir.