İraqın Əl-Həşduş Şəbi təşkilatı açıqlayıb;
İraqın Diyalə vilayətində ən təhlükəli İŞİD dəstəsi məhv edildi
İraqın Əl-Həşduş Şəbi təşkilatı bildirib ki, Diyalədəki ən təhlükəli İŞİD terror dəstəsinin məhv edildiyini və 24 saat davam edən əməliyyatda terrorçuların həbs olunduğunu .
SəhərAzəri Farsnews xəbər agentliyinə istinadən xəbər verir ki, Diyalə bölgəsindəki Əl-Haşduş Şəbi təşkilatının sözçüsü Sadiq Əl-Hüseyninin deyinə görə, vilayətdəki kəşfiyyat və terrorla mübarizə sahəsində bir mütəxəssis qrup, briqada generalı Əli Əl-Sudaninin nəzarəti altında, İŞİD-in ən təhlükəli terror dəstəsini müəyyənləşdirməyə və bütün üzvlərini 24 saat davam edən əməliyyatda tutmağa müvəffəq olub.
Xəbərdə belə qeyd edilib: "Terror dəstəsi, son iki ildə adam qaçırma, Diyalə ətrafında günahsız insanların öldürülməsi və üzvlərinin həbs edilməsi daxil olmaqla qətl və cinayətlər baxımından çox təhlükəlidir və üzvlərinin həbs edilməsi İŞİD-ə ağır zərbədir. Bu əməliyyat bütün Diyalə şəhidlərinin qanının qisasını almaq üçün həyata keçirildi".
Diyalədəki təhlükəsizlik və hərbi xidmətlər son aylarda xüsusi kəşfiyyat səyləri ilə İŞİD-ə bağlı bir sıra terror şəbəkələrini aşkar edib məhv etməyi bacarıb.