Dek 24, 2020 13:20 Asia/Baku
  • Səudiyyə Ərəbistanının Yəməndəki cinayətləri haqda son statistikalar

Yəməndə yerləşən bir humanitar qurum Yəmən xalqına qarşı 2100 günlük müharibə zamanı səudiyyə rejiminin cinayətləri ilə bağlı son statistik məlumatlar yayıb.

SəhərAzəri xəbər veriri ki, «Əynuinsaniyyə» adlı İnsan Hüquqları Mərkəzi dünən bir məlumatda bildiribdir ki, təcavüzkar səud-amerikan koalisiyasının Yəmənə qarşı 2100 günlük müharibəsi zamanı 17 min 42 yəmənli öldürülüb.

Bu mərkəzin məlumatında sonra deyilir: Səud-amerikan koalisiyasının Yəmənə qarşı hücumları ərzində öldürülmüş 17 min 42 nəfərdən üç min 804 nəfəri uşaq, iki min 389 nəfəri isə qadın olub və 26 min 355 nəfərdən çox insan da yaralanıbdır.

Bu məlumata əsasən, səud koalisiyasının hücumlarında on beş hava və on altı dəniz limanı, 305 elektrik stansiyası və 545 rabitə stansiya və şəbəkəsi daxil olmaqla Yəmənin 9 min 526 infrastruktur təsisatı dağıdılıbdır.

«Əynuinsaniyyə» adlı İnsan Hüquqları Mərkəzi sonra bildirib: 1099 məktəb və təhsil mərkəzi, 133 idman mərkəzi, 245 tarixi abidə və 47 media mərkəzi səud-amerikan koalisiyasının Yəmənə qarşı hücumlarında dağılaraq, zərər çəkibdir.

Bu hesabatda həmçinin deyilir ki, səud koalisiyasının hücumlarında 569 min 283 yaşayış evi dağıdılıbdır.

Teqlər