Bəhreyn xalqı Şeyx Əli Salmanın həbsinin 6-cı ildönümündə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i371341-bəhreyn_xalqı_Şeyx_Əli_salmanın_həbsinin_6_cı_ildönümündə_aksiya_keçirilib
Bəhreyn xalqı "əl-Vifaq" cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbs olunmasının altıncı ildönümü günündə etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2020 10:36 Asia/Baku
  • Bəhreyn xalqı Şeyx Əli Salmanın həbsinin 6-cı ildönümündə aksiya keçirilib

Bəhreyn xalqı "əl-Vifaq" cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbs olunmasının altıncı ildönümü günündə etiraz aksiyası keçirib.

SəhərAzəri xəbər verir, Əllərində Şeyx Əli Salmanın foto-şəkillərini tutan və Ali-Xəlifə rejiminə qarşı şüarlar verən Bəhreyn xalqından çoxlu sayda insan bazar ertəsi günü gecə bu mübariz din xadiminin dərhal azad olunmasını tələb edibdir.

Şeyx Əli Salman 2014-cü il dekabrın 28-də həbs olunaraq, ömürlük həbs cəzasına məhkum edilib. Bəhreynin məhkəmə üzrə məsul şəxsləri onu Qətər üçün casusluq etməkdə ittiham ediblər.

Bu hökm müxtəlif reaksiyalara və beynəlxalq pisləmələrə səbəb olubdur.

Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminin qəddarcasına siyasətlərindən qaynaqlanan narazılıq böhranı ilə üzləşir.

İnsan hüquqlarını müdafiə qrupları müxaliflərə divan tutduğuna görə, dəfələrlə Ali-Xəlifə rejimini pisləyərək, bu ölkənin siyasi sisteminə düzəlişlərin edilməsini istəyiblər.