ABŞ-ın tabeliyində olan kürd ünsürlər suriyalı gəncləri zorla əsgər aparırlar
Suriyada ABŞ-ın tabeliyində olan kürd demokratik qüvvələri adlı qrup Əlhəsəkə vilayətində onlarla suriyalı gənci zorla hərbi təlim düşərgələrinə köçürüb.
SəhərAzəri xəbər verir, Suriyada «Kürd demokratik qüvvələri» adlı kürd yarımhərbçilər bu gün Əlhəsəkə vilayətinin cənubundakı Mərkədə rayonuna hücum zamanı bir qrup suriyalı gənci həbs edərək, onları Əlhəsəkədə, qüvvələrin zorla cəzb edilməsi və təlim verilməsi mərkəzlərinə köçürüblər.
Belə bir halda, Suriyanın şərq sakinlərinin böyük bir qrupu ABŞ-ın tabeliyində olan kürd demokratik qüvvələrinə qarşı aksiya keçirib və həmin qüvvələrin Diyrəzzurun cənub-şərqi və şimalında yerləşən Əbu-Xəşəb, Əlşəhbəl, Ələzbə qəsəbələrinə basqın etmələri və bu rayon sakinlərindən on doqquz nəfəri oğurlamalarını pisləyibdir.
Digər tərəfdən, qeyd olunan qüvvələrin tabeliyində olan ünsürlər iyirmi mülkini də Riqqə şəhərində həbs edərək, naməlum bir rayona köçürüblər. Suriyada ABŞ-ın tabeliyində olan kürd demokratik qüvvələri iddia edirlər ki, Riqqənin şərqində həmin qüvvələrin ünsürlərinə qarşı hücumda bu şəxslərin əlləri olubdur.
Riqqənin şərqindəki Marudə kəndində kürd ünsürlərin tabeliyində olan bir yoxlama-buraxılış məntəqəsinə qarşı hücumda bu qrupun ünsürlərindən iki nəfər ölüb, bir neçə nəfər də yaralanıbdır.
Amerika və Türkiyədən asılı olan ünsürlər qanunsuz surətdə Suriyanın şimalı və şimal-şərqində iştirak edirlər. Onlar bu bölgələrin əhalisinə hücumdan əlavə, Suriyanın neft mənbələrini də qarət etməkdədirlər.