Qəsb edilmiş ərazilərdə korrupsiyaya və yoxsulluğa qarşı etirazlar davam edir
Sionist rejimin baş naziri Benyamin Netanyahunun siyasətlərinə qarşı çıxanlardan minlərlə nəfər qəsb edilmiş ərazilərin müxtəlif bölgələrində küçələrə axışıb.
SəhərAzəri xəbər verir, bu nümayişlərin iştirakçıları sionist rejimin baş nazirinin istefa verməsini tələb ediblər.
Sionist rejimin baş naziri Benyamin Netanyahunun siyasi nailiyyyətlərinin qəsb edilmiş ərazilərin sakinləri üçün heç bir əhəmiyyəti yoxdur.
İşğal edilmiş ərazilərin sakinlərinin dörddə bir hissəsi ərəb ölkələri ilə münasibətlərin adiləşdirilməsini deyil, iş istəyir. Onlar qida və müalicəyə ehtiyac duyan yoxsullardırlar. Bu problemlərin kənarında koronavirus böhranı da iqtisadi vəziyyəti dağılma həddinədək gətiribdir.
Netanyahu korrupsiya işlərinə görə, təqib olunur. O, ərəb ölkələri ilə münasibətləri adiləşdirmək yolu ilə legitimlik əldə etməyə can atır, amma etiraz fəaliyyətləri Netanyahu hökumətinin dayaqlarını sarsıdıbdır.
İşğal edilmiş ərazilərin sakinləri dörd korrupsiya işinə malik olan Netanyahunun mühakiməsindən azına razılıq verməyəcəklər. Bu məhkəmə işlərindən ən mühümü, rüşvətxorluq, irqi ayrı-seçkiliyin yayılması və ləyaqətsizlikdir.
Netanyahu daxili ittihamlar dalğası, o sıradan kapitalizm iqtisadiyyatının icrası və yoxsul təbəqəyə diqqətsizlik ittihamları ilə üzləşir. Bundan əlavə, korrupsiya işləri ilə bağlı kəskin hiddət nəticəsində başqa bir qrup da onun devrilməsini istəyir.
Netanyahunun Fars Körfəzi ətrafındakı ərəb ölkələri ilə münasibətləri adiləşdirmək üzrə addımları və nailiyyətlərindən heç biri sionist aksiyaçıları qane etmir.