Yan 07, 2021 18:08 Asia/Baku
  • Türkiyə Suriyanın şimalına yeni qüvvələr göndərib

Türkiyə Suriyanın şimalına yeni qüvvələr və logistika avadanlıqları göndərməyi davam etdirir.

SəhərAzəri xəbər verir, bir neçə transportyordan və 258 komandosdan ibarət olan Türkiyə

qüvvələrinin bu yeni karvanı Suriyanın şimalındakı «Sülh bulağı» adlandırılan əməliyyat bölgəsinə yola düşüb və Rəəsuləyn bölgəsində yerləşməlidir.

Türkiyə 2019-cu ildə icra olunmuş «Sülh bulağı» əməliyyatı formasında Suriyanın şimalına minlərlə hərbi qüvvə və ağır texnika göndərib. Bundan əlavə, on iki mindən çox türkiyəli əsgər və bu ölkənin səkkiz mindən çox hərbi avtomobili Suriya ərazisinin 64 nöqtəsində, o cümlədən İdlib, Həma və Əfrin bölgələrində yerləşibdir.

Türkiyə ordusunun Suriyanın şimalına qarşı hücumu «terrorizmlə mübarizə» və «Suriya-Türkiyə sərhədinin Ankara ilə müxalif kürdlərdən təmizlənməsi» bəhanələri ilə həyata keçirilibdir.

Türkiyənin Suriyanın şimalı və şimal-şərqinə təcavüzü dəfələrlə bu ölkənin xalqı və hökuməti, həmçinin dünya ictimaiyyəti tərəfindən pislənibdir.

Teqlər