Yan 10, 2021 10:47 Asia/Baku
  • Netanyahuya qarşı etirazlar davam edir

İşğal olunmuş Fələstinin sakinləri bir daha sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı aksiya keçiriblər.

SəhərAzəri xəbər verir, Onlar şənbə günü axşam Netanyahunun işğal edilmiş Qüdsdə yaşadığı binanın qarşısında aksiya keçirərək, onun istefasını tələb ediblər.

İşğal olunmuş Fələstinin sakinləri bu aksiyada Netanyahuya qarşı şüarlar veriblər.

Qəsb olunmuş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına, eləcə də koronavirusla mübarizədəki zəif fəaliyyətinə qarşı etirazların şahidi olublar.

Netanyahu son aylarda korrupsiya ilə bağlı dörd məhkəmə işinə cəlb olunub. Bu işlər medialarda "1000-ci", "2000-ci", "3000-ci" və "4000-ci" işlər kimi tanınır.

Teqlər