İraq və Əfqanıstandakı ABŞ əsgərlərinin sayı 2500-ə endiriləcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i372094-İraq_və_Əfqanıstandakı_abŞ_əsgərlərinin_sayı_2500_ə_endiriləcək
ABŞ Müdafiə naziri ölkəsinin İraq və Əfqanıstandakı qoşunlarının 2500 əsgərə endirildiyini açıqlayıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 16, 2021 07:21 Asia/Baku
  • İraq və Əfqanıstandakı ABŞ əsgərlərinin sayı 2500-ə endiriləcək

ABŞ Müdafiə naziri ölkəsinin İraq və Əfqanıstandakı qoşunlarının 2500 əsgərə endirildiyini açıqlayıb.

SəhərAzəri xəbər verir, ABŞ-nin Müvəqqəti Müdafiə Naziri Kristofer Miler cümə günü çıxışında deyib ki, Donald Trampın sözlərinə görə, İraq və Əfqanıstanın hər birindəki Vaşinqton qüvvələrinin sayı 2500 nəfərədək endirilib.
Miler əlavə edib: İraqdakı əsgərlərin sayının azalması, İraq ordusunun gücünün artdığını göstərir. Mən artıq bu barədə ötən il noyabrın 17-də qabaqcadan məlumat vermişdim. Bu gün ABŞ-ın Əfqanıstanda və İraqdakı əsgər sayı hər ölkədə 2,5 min nəfər təşkil edir. Bu isə ABŞ kontingentinin 2001-ci ildən bəri həmin ölkələrdə ən aşağı səviyyəyə çatıdırılması deməkdir.