Yan 23, 2021 14:55 Asia/Baku
  • İraqda ABŞ-ın altıncı hərbi karvanı hücuma məruz qalıb

İraq mənbələri ABŞ hərbçilərinin altıncı hərbi təchizat karvanının bu ölkənin qərbində hədəfə alındığını bildiriblər.

SəhərAzəri  "Saberin" xəbər kanalı cümə günü bildirib ki, İraqın mərkəzində yerləşən Səlahəddin vilayətində ABŞ hərbçilərinə məxsus bir logistika karvanı hücuma məruz qalıb və ona xəsarət yetirilib.

İraq mediaları bu ölkənin müxtəlif vilayətlərində ABŞ-ın hərbi karvanlarına 5 hücumun həyata keçirilməsindən xəbər veriblər ki, bu da misli görünməmiş bir hadisədir.

Son aylarda ABŞ-ın İraqdakı hərbi bazaları və karvanları dəfələrlə hədəfə alınıb. 

İraq xalqı və bu ölkə qruplarının çoxu ABŞ-ın terrorçu qüvvələrinin İraqdan çıxarılmasını istəyir, İraq parlamenti də bu qüvvələrin İraqdan çıxarılması üzrə qərar qəbul edib.

Teqlər