Yan 29, 2021 13:36 Asia/Baku
  • Livanın Tripoli şəhərindəki toqquşmalarda 112 nəfər yaralanıb

Livan Qırmızı Xaç Komitəsi bildirib ki, bu ölkənin şimalında yerləşən Tripoli şəhərindəki etiraz və toqquşmalarda 112 nəfər yaralanıb.

SəhərAzəri xəbər verir, bir qrup etirazçı dünən gecə Tripoli meriyasına hücum edərək, onu yandırıbdır.

Həmçinin bir qrup digər etirazçı da Tripoli şəhər polis mərkəzinə hücum edibdir.

Livan baş nazirinin vəzifəsini icra edən Səəd Əlhəriri Tripoli zorakılıqlarına reaksiyada hökumət qərargah və binalarına qarşı hücumları qəbuledilməz adlandıraraq, onları pisləyibdir.

Əlhəririnin bəyanatında deyilir: Biz ölkənin şimalı və Tripolinin əhalisinin kənarındayıq və onlardan soruşuruq ki, nə üçün Livan ordusu dayanıb və hökumət qərargahları və meriyanın yandırılmasına tamaşa edir? Və əgər ordu onları qoruya bilməzsə, hansı kəs Tripolini mühafizə edəcəkdir?

Ötən günlərdəki bu aksiyalar iqtisadi duruma etiraz olaraq və Livan Ali Müdafiə Şurasının son zamanlar ümumölkə karantinini fevral ayınadək uzatması ilə müxalifətə görə keçirilibdir.

Teqlər