BMT, ABŞ-ın Yəmənin Ənsarullah Hərəkatı ilə bağlı qərarına reaksiyası
BMT, ABŞ-ın Yəmənin Ənsarullah Hərəkatının adını dırnaq arası terror təşkilatları siyahısından çıxarmaq qərarına münasibət bildirib
SəhərAzəri xəbər verir, BMT ABŞ prezidenti Co Baydenin qərarını alqışlayaraq, bu addımların Yəmin Ordu və Xalq Komitələri Qüvvələri ilə bu ölkənin istefa vermiş hökuməti və səud koalisiyası arasında qarşıdurmalara son qoya biləcəyinə ümidvarlıq ifadə edib.
ABŞ dövlət katibi Entoni Blinken cümə günü Co Baydenin bu ölkənin sabiq hökumətinin Yəmənin Ənsarullah Hərəkatının adını terror təşkilatları siyahısına daxil etməsi qərarının ləğvi ilə bağlı fərmanının çərşənbə axşamından qüvvəyə minəcəyini açıqlayıb.
Blinken bir daha bu addımın Yəmənə humanitar yardımlar istiqamətində olduğunu iddia edib.
Donald Trampın rəhbərlik etdiyi ABŞ-ın sabiq administrasiyası Ağ Evdəki səlahiyyət müddətinin son günlərində Yəmənə təcavüz etmiş Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin tələblərinə uyğun olaraq, Yəmənin Ənsarullah Hərəkatının liderlərindən bəzisinin adını dırnaq arası ABŞ-ın terror təşkilatları siyahısına salıb.
Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayından bəri Yəmənə qarşı hərbi hücuma keçib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndə militarizmi indiyədək 17 mindən çox yəmənlinin ölümü, on minlərlə insanın yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.
Səudiyyə Ərəbistanın hərbi təcavüzü xüsusilə də koronavirus dönəmində yoxsul Yəmən ölkəsini kəskin qida və dərman preparatları çatışmazlığı ilə üzləşdirib.