İraqın Ziqar vilayətində iğtişaşlar davam edir
İraq mənbələri bu ölkənin cənubundakı Ziqar vilayətində iğtişaşların davam etdiyini və onlarla insanın yaralandığını bildiriblər.
SaharAzeri xəbər verir, İraq mənbələri həmçinin bildiriblər ki, Ziqar vilayətindəki etirazların miqyası genişlənərək, Nasiriyyə şəhərində ən mühüm körpülərdən olan Əlzəytun körpüsünə çatıbdır.
Bu mənbələr etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma barədə məlumat verib və qeyd ediblər ki, toqquşmalar zamanı nümayişçilər və təhlükəsizlik qüvvələrindən 62 nəfər yaralanıb.
Belə bir halda, İraqın baş naziri Mustəfa Əlkazimi etirazçıların Ziqar valisinin istefası üzrə tələbinə cavab olaraq, bir hökmdə Səyf Əlhəcimini bu vilayətin valisi, Mustəfa Əlhəmamini isə valinin birinci müavini təyin edib.
Yerli mənbələrin bildirdiklərinə görə, bu dəyişikliklər və İraqın daxili işlər naziri və milli təhlükəsizlik müşavirinin Ziqara səfəri də həmin vilayətdə vəziyyəti sakitləşdirməyə kömək etməyibdir.