ABŞ İŞİD terrorçularını qanunsuz bazalarında yerləşdirməyi davam edir
ABŞ qüvvələri Suriyanın şimalında yerləşən həbsxanadan 10 İŞİD terrorçusunu Suriyanın cənubundakı Ət-Tanf bazasına köçürüb.
SəhərAzəri xəbər verir ki, Amerika zirehli maşınları helikopterlərin dəstəyi ilə terrorçuları Əl-Həsakədəki Əl-Sənəviyyə əs-Sanaviyə həbsxanasından Əş-Şadadi bölgəsindəki qanunsuz hərbi bazalarına çatdırıb. Əş-Şadadi bazasına daxil olan İŞİD terrorçuları Ət-Tanfa keçməyə hazırlaşaraq tam müayinədən keçir.
Məlumatlı mənbələr ABŞ İŞİD terrorçularını Suriya ordusuna, mülki şəxslərə və həyati əhəmiyyət daşıyan mərkəzlərə qarşı hücum etmək üçün istifadə etmək niyyətində olduğunu bildirir.
Son iki ildə ABŞ-ın işğalçı qüvvələri şəxsi hədəfləri çərçivəsində, dəfələrlə Suriyanın şimal-şərqindəki kürd yaraqlıların nəzarətində olan həbsxanalardan və İraqdan İŞİD terrorçularını bazalarına köçürüb.
Bu arada İraqın Əl-Həşduş Şəbi təşkilatının rəsmisi son günlərdə İraqdakı terror hücumlarının səbəbkarlarının Suriyadakı Əl-Hul düşərgəsindən beynəlxalq tərəflərin dəstəklədiyi İŞİD ünsürləri olduğunu söyləyib.
Əli Əl-Hüseyni deyib ki, Suriyadakı ABŞ silahlıları tərəfindən nəzarət edilən Əl-Hul düşərgəsi, İraq da daxil olmaqla bütün ölkələrə terror ixrac etmək üçün bir bazadır. Əl-Hul terrorçuları bəzən ölkəyə Suriya-İraq sərhədindən sızırlar.
Əli Əl-Hüseyni adlarını çəkmədən Əl-Hul terrorçularını qoruyan beynəlxalq tərəflərə səslənərək, bu işin təhlükəsinin və terrorçuların Suriyadan İraqa göndərilməsinin nəticələrinin başa düşülməli olduğunu bildirib.
Xatırladaq ki, Suriyanın şimalındakı Əl-Həsəkə vilayətində yerləşən düşərgədə qaçqınlar və İŞİD ünsürlərinin qohumları yerləşdirilib və bura İraq və Suriyadakı ən böyük İŞİD düşərgəsidir.