Fev 28, 2021 09:23 Asia/Baku
  • «Əynuləsəd» bazasında 150 terrorçu qüvvənin öldürülməsi ehtimalı mövcud olub

Qərbi Asiya bölgəsində yerləşən Amerikanın terrorçu qüvvələri- SENTKOM-un baş qərargah rəisi deyib ki, İranın raket cavabı zamanı İraqda yerləşən amerikan «Əynuləsəd» bazasında 150 terrorçu qüvvənin öldürülməsi ehtimalı mövcud olub.

SəhərAzəri xəbər verir ki, «SBS Nyus»telekanalının məlumatına görə, Kent Frank Mak Kenzi İranın ötən il Amerika hökumətinin terrorçu hərəkətinə raket cavabı barədə etiraf edib ki, İraqda yerləşən amerikan «Əynuləsəd» bazasının boşaldılmaması təqdirində, Amerika 150 amerikan qüvvədən əlavə, 20-30 təyyarə də itirə bilərdi.

«Əynuləsəd» bazasındakı bir çox amerikan hərbçi İranın raket cavabı zamanı dedi ki, çox böyük qorxuya dözmüşdü.

İranın raket hücumlarının ardınca amerikalı mənbələrin bildirdiklərinə əsasən, bu ölkənin yüzdən çox hərbçisi beyin travmasına düçar olubdur.

İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah 2020-ci il yanvarın səkkizi, səhər saatlarında Amerika hökumətinin, Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymanini terror etmək üzrə hərəkətinə cavab olaraq, İraqın Ələnbar vilayətindəki amerikan «Əynuləsəd» bazasını onlarla ədəd raketlə hədəfə aldı.

Qeneral-leytenant pasdar Hac Qasem Soleymani bir qrup silahdaşı ilə yanaşı, 2020-ci il yanvarın üçü səhərçağı Amerikanın terrorçu və təcavüzkar qüvvələrinin İraqın paytaxtı Bağdaddakı hava limanının yaxınlığına qarşı hava hücumunda şəhid oldu.

Teqlər