Mart 04, 2021 10:20 Asia/Baku
  • Sionist rejimin Fələstinə qarşı hərbi cinayətləri haqda təhqiqat başlanıb

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru deyib ki, sionist rejimin Fələstinə qarşı hərbi cinayətləri haqda təhqiqat başlanıb.

SəhərAzəri xəbər verir, Fato Bensuda dünən bir bəyanat yayaraq bildirib ki, sionist rejimin fələstinlilərə qarşı hərbi cinayətləri haqdakı təhqiqat müstəqil və tərəfsiz şəkildə həyata keçiriləcək.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi cari ilin fevral ayında bildirdi ki, sionist rejimin fələstinlilərə qarşı hərbi cinayətləri işinə baxmaq səlahiyyətinə malikdir.

Haaqa məhkəməsinin addımı sionist rejimi hiddətləndirsə də, fələstinli rəsmilərin rəğbəti ilə üzləşibdir.

Fələstin muxtariyyətinin xarici işlər nazirliyi bu qərarı alqışlayaraq, bir bəyanatda bildirib ki, Haaqa məhkəməsinin 1967-ci il sərhədlərində, işğal olunmuş Fələstin ərazilərinə məhkəmə cəhətdən baxılması səlahiyyəti barədəki rəyi, sionist rejimin məsuliyyətə cəlb olunması və cəzalandırılması prinsipi üçün tarixi bir gündür.

Bensuda bundan öncə, 2019-cu ildə bildirmişdi ki, sionist rejimin qərb sahili və Qəzzə zolağındakı hərbi cinayətlərinin ardınca bu cinayətlər barədə təhqiqatın başlanması üçün məntiqli bir əsas var.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinə görə, 1967-ci il sərhədləri Fələstin sərhədi hesab olunur və sionist rejimin bu torpaqlardakı fəaliyyəti ilə sionist qəsəbələrin salınması qanunsuzdur.

Teqlər