Netanyahuya qarşı 38-ci etiraz həftəsi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374379-netanyahuya_qarşı_38_ci_etiraz_həftəsi
Netanyahuya qarşı 38-ci etiraz həftəsi keçirilib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 14, 2021 05:39 Asia/Baku
  • Netanyahuya qarşı 38-ci etiraz həftəsi

Netanyahuya qarşı 38-ci etiraz həftəsi keçirilib.

SəhərAzəri xəbər verir, İşğal olunmuş Fələstindəki qəzəbli etirazçılar bir daha, həmişə olduğu kimi şənbə günü gecələr sionist rejimin baş nazirinin faydasız siyasətlərinə etiraz olaraq, küçələrə çıxıblar ki, Benyamin Netanyahuya qarşı 38-ci etiraz aksiyası formalaşmış olsun.

Sionist informasiya mənbələri xəbər veriblər ki, işğal olunmuş Fələstinin hiddətlənmiş sakinləri Netanyahunun siyasətlərinə etiraz olaraq, onun qaldığı məkanın yaxınlığında yerləşən tanınmış Balfur küçəsindəki Paris meydanına toplaşıblar.

Sosial şəbəkələrdə yayılan təsvirlər göstərirlər ki, etirazçıların əllərində, Netanyahunu tənqid edən məzmuna malik yazılar olub.

Ümumi etirazların bu mərhələsi sionist rejimin baş nazirinin koronavirusla mübarizə tərzindən narazılıq və onun korrupsiyası ilə bağlı keçirilibdir.

Netanyahunun müxalifləri korrupsiyaya, rüşvətxorluğa, dələduzluğa və koronavirusla mübarizədəki müdiriyyət zəifliyinə görə, onun istefa verməsini tələb edirlər.

İşğal olunmuş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına, eləcə də onun koronavirusla mübarizədəki müdiriyyət zəifliyinə qarşı aksiyaların şahidi olublar.

Netanyahunun başı son aylar ərzində dörd korrupsiya işinə qarışıbdır.