Suriya ilə Sionist İsrail rejiminin gizli danışıqları əsassızdır
Suriyanın rəsmi mediaları şənbə gecəsi Dəməşq və Təl-Əviv arasındakı danışıqlara dair bəzi xəbərləri əsassız adlandıraraq, bunu şayiədən başqa bir şey olmadığını elan edib.
SəhərAzəri xəbər verir ki, Suriyalı bir məlumatlı mənbə Sana Xəbər Agentliyinə deyib:Suriyanın Sionist İsrail rejimi ilə müzakirələrdəki mövqeyi açı-aydındır. Və Dəməşqin heç zaman bu haqda gizli mövqeyi olmayıb. Çünki hər hansı bir müzakirənin ölkənin mənafeyi və suriya xalının maraqları əsasında olmasına inanır.
Adının açıqlanmamasını istəyən məlumatlı mənbə aydınlıq gətirib: "Suriyanın keçmişdəki hərəkətləri açıq şəkildə idi və gələcək fəaliyyətləri də eyni olacaq."
Mənbə həmçinin deyib: "Bu səbəbdən Dəməşq ilə Təl-Əviv arasındakı gizli danışıqlardan bəhs olunan hər hansı bir söhbət media və siyasi xəbərlərdən başqa bir şey deyil.
Suriyalı səlahiyyətli, son günlərdə Russia Əl-Yom kanalında Ravvin Idi Ebadinin Suriyaya dəvət edilməsi və iki tərəf arasında barışıq razılığına gəlmək üçün gizli və şəxsi danışıqların aparılması barədə yayılan xəbərlərin əsassız olduğunu söyləyib.