Mart 15, 2021 13:58 Asia/Baku
  • Qantz: “Netanyahu İsrail rejiminin təhlükəsizliyinə zərərlidir”

Dünən (14 mart) axşam İsrail rejiminin hərbi naziri Benni Qantz Tvitterdəki mesajında baş nazir Binyamin Netanyahunun son hərəkətlərini İsrail rejiminin təhlükəsizliyi üçün zərərli olaraq xarakterizə edib.

SəhərAzəri Dəyərlər .org-yə istinadən xəbər verir ki, Qantz şəxsi Tvitter səhifəsində, Netanyahunun İordaniya vəliəhdinin Əl-Əqsa məscidini ziyarət etmək üçün Qüdsə getməsinin qarşısını almaq üçün verdiyi əmrə istinad edərək, belə yazıb: “Onun hərəkətləri siyasi razılaşmaları pozur və İsrail rejiminin xarici siyasət sistemindən kənara çıxmaq və qərar qəbuletmə sistemini zəiflətmək cəhdidir”.

Qantz, həmçinin İsrail rejiminin baş nazirinin əsas kabinet üzvləri ilə məsləhətləşmədən qərar verdiyini deyərək, belə qeyd edib: “Netanyahunun qərarları İsrail rejiminin deyil, öz maraqlarının qorunmasına əsaslanır”.

İordaniyanın xarici işlər naziri Əymən Əs-Səfadi İordaniya vəliəhdinin Əl-Əqsa məscidinə girməsinə qadağa qoyulduğunu və bu addımın İsrail rejiminin baş nazirinin BƏƏ-yə səfərinin ləğvi ilə üst-üstə düşdüyünü xəbər verdikdən sonra belə demişdi: “Vəliəhd, Merac gecəsində namaz qılmaq üçün Əl-Əqsa məscidinə getmək istədi. İsrail rejimi ilə koordinasiya etdik. Son anda İsrail rejimi razılaşmadan geri çəkildi və Qüds xalqını o müqəddəs gecədə daha da məhdudlaşdıracaq tədbirlər görməyə çalışdı. Vəliəhd bu səfərə getməməyə qərar verdi”.

Teqlər