Yəmən rəsmisi: “Yəmənin mühasirəsinin ləğvi Səudiyyənin yox, ABŞ-ın əlindədir”
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374511-yəmən_rəsmisi_yəmənin_mühasirəsinin_ləğvi_səudiyyənin_yox_abŞ_ın_əlindədir
Yəmənin Milli Qurtuluş Hökumətindəki Əsirlərlə İş üzrə Komitənin rəhbəri Əbdülqədir Əl-Mürtəza ölkəsinə qarşı mühasirənin qaldırılması və ya saxlanılması qərarının yalnız ABŞ-ın əlində olduğunu söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2021 10:49 Asia/Baku
  • Yəmən rəsmisi: “Yəmənin mühasirəsinin ləğvi Səudiyyənin yox, ABŞ-ın əlindədir”

Yəmənin Milli Qurtuluş Hökumətindəki Əsirlərlə İş üzrə Komitənin rəhbəri Əbdülqədir Əl-Mürtəza ölkəsinə qarşı mühasirənin qaldırılması və ya saxlanılması qərarının yalnız ABŞ-ın əlində olduğunu söyləyib.

SəhərAzəri xəbər verir ki, Əl-Məyadin xəbər şəbəkəsinin bildirdiyinə görə, Əbdülqədir Əl-Mürtəza BMT-nin Yəmən üzrə xüsusi nümayndəsi Martin Qriffitsin fəaliyyətini tənqid edib: “Qriffitsin istefa verərək qaçmış eks-prezident Əbdür-Rabbu Mənsur Hadinin rejiminə neft məhsullarının Əl-Hudeyda limanına girməsi üçün icazə istəməsi açıq-aşkar səhvdir. Qriffits bu bəyanatı ilə Yəmən millətinə qarşı mühasirənin əsl günahkarından diqqəti yayındırmaq istəyir”.

Yəmən rəsmisi daha sonra bunları deyib: “Əl-Cabər Ədəndə özünü təmin edə bilmir. Millət mühasirəni ləğv etmək və ya davam etdirmək qərarının yalnız ABŞ-ın (Səudiyyə rejiminin deyil) əlində olduğunu yaxşı bilir”.

Bu yaxınlarda Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam da, diplomatik səylərin mühasirənin ləğv edilməsi və Yəmənə qarşı təcavüzə son qoyulması ilə başlayacağını söyləmişdi.