Mart 17, 2021 15:19 Asia/Baku
  • Səudiyyə rejimi Əhli-Beyt (ə) ardıcılları olan 521 ailəni Qətifdən qovmaq istəyir

Səudiyyə rejimi ölkənin şəriqində Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Qətif şəhərində, əhalinin bir çox nümayiş və etirazlarının keçirildiyi ərazini tamamilə dağıtmağa qərar verib.

 SəhərAzəri  Deyerler.org-a istinadla xəbər verir ki, Qətif qəsəbəsindəki yerli mənbələr, rejimin yüzlərlə ailəni şəhərin mərkəzindəki Əl-Təvra (İnqilab) küçəsindən çıxarmaq istədiyini bildiriblər.

 Naşet Qətifi (Nashetqatifi) Tvitter səhifəsində bildirilənə görə, bu küçə, xüsusən 2011-ci ildə bir çox etirazlara şahid olub və bu küçədəki hər ailənin yaralı və ya həbsdə qalan bir şəhidi var. Bu günə qədər 521 ailədən evlərini sataraq boşaltmaları istənilib.

 “Səudiyyə rejiminin məqsədi 2011-ci il etirazlarının əlamətlərini və xatirələrini silməkdir. Xüsusilə Qətifdə inqilab və etirazların simvoluna çevrilən Əl-Təvra küçəsi...” - deyə Naşet Qatifi bildirib.

 Səud rejimi evlərin ödənişli şəkildə boşaldılmasının zəruri olduğunu söyləsə də, sakinlər satmaq və ya ərazidən köçmək istəmirlər. Sakinlərin dediyinə görə, təklif olunan məbləğ ev almaq üçün yetərli deyil və bəzi evlərdə bir neçə ailə yaşayır və beləliklə ailələr üçün mənzil böhranı yaranır.

 Ərəbistanlı fəalın sözlərinə görə, məqsəd bölgəni inkişaf etdirmək deyil, sadəcə Səudiyyə rejimi xalqdan qisas almaq istəyir. Bənzər hadisə 2017-ci ildə Qətifin Əl-Məsura bölgəsində də baş vermişdi və bir çox ev buldozerlər tərəfindən dağıdılmışdı. Ötən ilin noyabr ayında Səudiyyə rejiminin rəsmiləri Ayətullah Nimr Baqir Ən-Nimrin xütbə söylədiyi və namaz qıldığı Qətifdəki İmam Hüseyn (ə) məscidini darmadağın etmişdilər.

 

Teqlər