Sionist rejimdə 2 ildə dördüncü parlament seçkisini keçirir
Mart 23, 2021 07:51 Asia/Baku
İşğql edilmiş Fələstində parlament seçkisinə start verilib.
SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, 24-cü çağırış üzrə deputatların adını müəyyən edəcək seçki üçün 07:00-dan etibarən bütün səsvermə məntəqələri fəaliyyətə başlayıb. Onların 22:00-a qədər fəaliyyətlərini davam etdirəcəkləri bildirilib.
Bununla bərabər keçirilən seçkidə koronaviruslu xəstələrin də iştirak edə biləcəyi vurğulanıb. Onlar üçün 344 məntəqə müəyyənləşdirilib.
Qeyd edək ki, bu, son iki ildə keçirilən dördüncü parlament seçkisidir.
Teqlər