İraqda ABŞ koalisiyasının daha 3 karvanı vuruldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374881-İraqda_abŞ_koalisiyasının_daha_3_karvanı_vuruldu
İraqda ABŞ-a bağlı daha üç təchizat karvanı yol kənarındakı bombalarla hədəfə alınıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 25, 2021 14:54 Asia/Baku
  • İraqda ABŞ koalisiyasının daha 3 karvanı vuruldu

İraqda ABŞ-a bağlı daha üç təchizat karvanı yol kənarındakı bombalarla hədəfə alınıb.

SəhərAzəri  Shafaq News-a istinadla bildirir ki,  bu gün (25 mart) günortadan sonra ABŞ koalisiyasının təchizat konvoylarının yolunda daha üç partlayış baş verib.

Məlumata görə, ilk partlayış Bağdadın cənubundakı Əl-Yusifiyyə bölgəsində baş verib və üç ABŞ koalisiyasının maşınına ziyan dəyib, lakin insan itkisi olmayıb.

 İkinci partlayış Əl-Hillə şəhərinin cənubundakı Babil vilayətində, üçüncü partlama isə Divaniyə vilayətində baş verib.

 Günün əvvəlində, İraqın cənubundakı Divaniyə vilayətində ABŞ-ın rəhbərlik etdiyi koalisiya maddi-texniki təchizat karvanı yol kənarındakı bomba ilə hədəfə alınmışdı və Əshab Əl-Kəhf adlı qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü.

 Eyni zamanda, Zi Qar əyalətindəki Amerika koalisiyasının karvanının yolunda baş vermiş partlayışa görə məsuliyyəti Saraya Avliya Əl-Dam adlı qrup öz üzərinə götürmüşdü.