“ABŞ Suriyadan İraqa 300 sistern oğurlanmış neft keçirdi”- SANA
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374886-abŞ_suriyadan_İraqa_300_sistern_oğurlanmış_neft_keçirdi_sana
Suriya Ərəb Xəbər Agentliyi (SANA) ölkənin şimal-şərqindəki ABŞ qüvvələrinin dünən (23 mart) oğurlanmış neftlə dolu 300 sisterni İraqa apardığını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2021 15:17 Asia/Baku
  •  “ABŞ Suriyadan İraqa 300 sistern oğurlanmış neft keçirdi”- SANA

Suriya Ərəb Xəbər Agentliyi (SANA) ölkənin şimal-şərqindəki ABŞ qüvvələrinin dünən (23 mart) oğurlanmış neftlə dolu 300 sisterni İraqa apardığını açıqlayıb.

SəhərAzəri xəbər verir ki,SANA yerli mənbələrə istinadən, ABŞ qüvvələrinin dünən Suriyadakı neft sahələrindən oğurlanmış neftlə dolu 300 sisterndən ibarət karvanı Mahmudiyə sərhəd-buraxılış ərazisindən qanunsuz olaraq İraqa apardığını bildirib.

 Son aylarda ABŞ-ın ölkədən onlarla tanker çıxardığı da bildirilir.

 Suriyanın şimal-şərqindəki neftlə zəngin olan Əl-Hasəkə, Deyr Əz-Zor və Raqqa əyalətləri, ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altındadır.