Netanyahunun mühakimə iclasları bərpa olunacaq
Sionist rejimin baş prokuroru bu rejimin baş nazirini korrupsiya ittihamı ilə öz mühakimə iclasında iştirak etməyə məcbur edib.
SəhərAzəri xəbər verir ki, İşğal olunmuş Qüdsün mərkəzi məhkəməsi bildirib ki, əmanətə xəyanət, aldatma və rüşvət almaq ittihamı ilə sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı ittiham planı gələn həftənin bazar ertəsi günündən bərpa ediləcək.
Sionist rejimin baş prokurorluğu Netanyahunu bu iclasda iştirak etməyə məcbur etməklə onun sonrakı məhkəmə iclaslarında, xüsusən «Vala» ibri mərkəzinin sabiq müdiri İlan Yeşunun şəhadət verməli olacağı iclasda iştirakı üzrə xəbərlər barədə qərarçıxarmanı məhkəməyə həvalə edib.
Bu məlumata görə, Yeşu, «Vala» mərkəzi sahibinin və həyat yoldaşının Netanyahunun və onun ailə üzvlərinin xəbərlərini daimi şəkildə işıqlandırmaq barədə ona qarşı təzyiq göstərmələri haqda ifadə verməlidir.
Netanyahu son aylar ərzində korrupsiya ilə bağlı dörd işə cəlb olunub. Bu işlər medialarda "1000-ci iş", "2000-ci iş", "3000-ci İş" və "4000-ci iş" kimi tanınır.