ABŞ İraqın şimalında kəşfiyyat uçuşları keçirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375859-abŞ_İraqın_şimalında_kəşfiyyat_uçuşları_keçirir
Məlumatlı təhlükəsizlik mənbəyi ABŞ-ın İraqın Kürdüstan bölgəsindəki bazalarında yeni istehkamlar qurmağa başladığını vurğulayaraq, ABŞ-ın Ərbil yaxınlığındakı ərazilər üzərində geniş kəşfiyyat uçuşları keçirdiyini söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2021 21:45 Asia/Baku
  • ABŞ İraqın şimalında kəşfiyyat uçuşları keçirir

Məlumatlı təhlükəsizlik mənbəyi ABŞ-ın İraqın Kürdüstan bölgəsindəki bazalarında yeni istehkamlar qurmağa başladığını vurğulayaraq, ABŞ-ın Ərbil yaxınlığındakı ərazilər üzərində geniş kəşfiyyat uçuşları keçirdiyini söyləyib.

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir ki,mediaya danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmaması şərti ilə Al-Maalomah-a açıqlama verən sözügedən mənbə belə deyib: “ABŞ-ın döyüş təyyarələri Maxmur bölgəsi üzərində, Erbil ətrafında və Dohuk və Neynəva vilayətləri arasında geniş kəşfiyyat uçuşları həyata keçirdi.

ABŞ qüvvələri Əl-Hərir və Ərbil hava limanında yeni istehkamlar inşa edir. Qüvvələr, həmçinin bir sıra hərbi komandirlərini Ərbil Hava limanından Şəqləva şəhərindəki başqa hərbi bazaya köçürüblər”.