Apr 24, 2021 22:44 Asia/Baku
  • Suriya sahillərində neft tankerinə hücum

SANA xəbər agentliyi Panama bayrağı ilə hərəkət edən və hücuma məruz qalan bu tankerin İran malını daşıdığını bildirib.

SəhərAzəri xəbər verir ki,Suriyanın dövlər xəbər agentliyi bu ölkənin Banyas limanı sahillərində İrana aid bir neft tankerinin PUA hücumuna məruza qaldığın elan etdi.

Tasnim xəbər agentliyinin məlumatına görə də Suriyanın neft nazirliyi yanğın söndürmə ekiplərinin Suriyanın Banyas limanında bir tankerdə baş verən yanğını söndürməyə ezam edildiyini bildirdi.

Suriya neft nazirliyinin bildirdiyinə görə bu tankerdə yanğın Livanın ərazi suları tərəfindən tankerə yaxınlaşan PUA-ın hücumunun ardından başlandı.

Bilgin mənbələrdən biri Əl-Aləmə müsahibədə bu tankerin Suriyanın qərb sahillərində iki hücuma məruz qaldığını, ancaq xəsaratın ciddi və çox olmadığını deyib.

   

 

 

Teqlər