May 11, 2021 12:53 Asia/Baku
  • Qüdsü işğal planı işə salınır - Təhlil

Son gündə İsrail tərəfinin başlatdığı təxribat və məskunlaşma planı işğal altında olan Qüds şəhəri başda olmaqla, regionda böyük narazılıq yaradıb.

SəhərAzəri-nin məlumatına əsasən, İsrail rejiminin müdaxiləsi nəticəsində yüzlərlə fələstinli xəsarət alıb. Buna cavab olaraq Fələstin ərazisindən işğalçı İsrailə bir neçə raket atılıb. Raketlər İsraildə həm rəsmi şəxslər, həm də yəhudilər arasında böyük təşvişlə qarşılanıb. İsrail isə cavab atəşi olaraq Fələstinə bir neçə aviazərbə endirib. Nəticədə 9-u uşaq olmaqla, 20 Fələstin vətəndaşı şəhid olub.  

İsrail rejimi illərdir Fələstin bölgələrində, xüsusən Ramazan ayında müxtəlif təxribatlar törətməklə fələstinlilərə qarşı zorakılıq nümayiş etdirir. Bu addımların arxasında sionist işğal planı dayanır. İslam dünyasının ən müqəddəs məkanlarından biri olan və müsəlmanların ilk qibləsi sayılan "Əl-Əqsa" məscidinə basqın edən radikal yəhudilər bölgədəki gərginliyi artırır və çirkin siyasətlərini həyata keçirməyi düşünürlər.  

Məlum məsələdir ki, İsrail rəhbərliyi tərəfindən qəsdən alovlandırılan bu atəşin arxasında sionist ambisiyalara əsaslanan genişləndirici siyasət yer alır. Fələstinliləri xüsusilə zorakılıq, zülm və təhdidlə müsəlman torpaqlarından qovmağa çalışan İsrail rejimi bu il də öz həqiqi simasını ortaya qoyub. 

 Hazırda Qüdsdəki gərginliyə səbəb kimi yəhudilərin məscidə daxil olmaq cəhdləri görünsə də, əsas səbəb başqadır. İsrail Qüdsü işğal etdiyi 1967-ci ildən bəri fələstinliləri müxtəlif bəhanələrlə oradan çıxarır və yəhudi köçkünləri onların yerlərinə yerləşdirməyə çalışır. İsrail rejimi bu günə qədər Şərqi Qüdsdə 18 qanunsuz yəhudi məskunlaşma yeri inşa edib və bu yaşayış yerlərində 220 mindən çox yəhudi köçkün yerləşdirib. Sionist rejimdən əlavə, ekstremist yəhudi təşkilatların Şərqi Qüdsü yəhudiləşdirmək cəhdləri də işğaldan sonra sürətlənib.

 Şərqi Qüdsdəki fələstinlilərə evlərini satmaq üçün dəyərindən dəfələrlə baha qiymət təklif olunur. Bununla razılaşmayan fələstinlilər isə zorla, evləri sökülərək, oradan çıxarılır və yerlərinə yəhudilər köçürülür.   

 İsrail rejiminin Qüds və Fələstinlə bağlı planlarının alt-üst olması üçün İslam ümmətinin birgə mübarizə aparması və sionist rejimlə əlaqələrini kəsməsi əsas şərtlərdən biridir. İranın Aliməqamkı lideri Ayətullahül-üzma Seyid Əli Xamenei də çıxışı zamanı bildirmişdi ki, müsəlmanlar Qüds istiqamətində birləşməlidir:   "Bu mübarək gələcəkdə müsəlman ölkələrinin çiçəklənməsi əsas hədəf olmalıdır və bu, çox da uzaq görünmür. Bu artımın mərkəzində bütün ölkə mənasını verən Fələstin və müqəddəs Qüdsün taleyi durur. Bu, İmam Xomeyninin (rəh) nurani qəlbini Ramazan ayının son cümə günü Beynəlxalq Qüds günü elan etməyə vadar edən həqiqətdir. Qəti deyirəm, bu səylər nəticə verməyəcək. Sionist rejimin çöküşü başlayıb və dayanmayacaq". Mənbə: https://eastnews.org/news/56435

Teqlər