May 20, 2021 12:22 Asia/Baku
  • ABŞ bundan sonra da sionist rejimin cinayətlərini dəstəkləyəcəyinə təkid edib

ABŞ müdafiə naziri sionist rejimin müharibə naziri ilə telefon əlaqəsində Vaşinqtonun Təl-Əvivin Qəzzə zolağına qarşı təcavüzlərini dəstəkləməsinin davamına təkid edib.

Amerika müdafiə naziri Lloyd Ceyms Ostin dünən axşamçağı sionist rejimin müharibə naziri Beni Qants ilə telefonla danışıb.

Pentaqon sözçüsü Con Kerbi bir bəyanatda qeyd edib ki, Ostin sionist rejimin özünümüdafiə haqqının dəstəklənməsinin davamına təkid edib.

O, bu telefon söhbətində həmçinin sionist rejimin Qəzzə zolağına qarşı hərbi əməliyyatını dəyərləndirib.

Belə bir halda, Amerika dövlət katibi və milli təhlükəsizlik müşaviri sionist rejim başçıları ilə ayrı-ayrı telefon əlaqələrində onlarla Qəzzə zolağında gərginliyin azaldılması haqda danışıblar.

Fələstin müqaviməti ilə sionist rejim arasındakı toqquşmalar mayın onundan və müqavimətin sionist rejimin Qüdsdə və Məsciduləqsadakı təcavüzlərinin bitməsi vacibliyinə dair Təl-Əvivə verdiyi möhlətin bitməsindən sonra başlanıb.

Qəzzə zolağının Səhiyyə Nazirliyinin bildirdiyinə görə, sionistlərin vəhşicəsinə hücumlarının qurbanlarının sayı bu anadək 62-si uşaq, 36-sı isə qadın olmaqla 221 fələstinli şəhidə, həmçinin 1400-dən çox yaralıya çatıbdır.

Teqlər