Suriyanı qurmağa ümidi artırmalıyıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i377440-suriyanı_qurmağa_ümidi_artırmalıyıq
Bəşşar Əsəd Suriya prezident seçkilərində qələbəsinin elan olunmasından sonra bildirib ki, Suriyanı qurmağa ümidin artması üçün sabahdan iş mərhələsi başlanmalıdır.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 28, 2021 11:04 Asia/Baku
  • Suriyanı qurmağa ümidi artırmalıyıq

Bəşşar Əsəd Suriya prezident seçkilərində qələbəsinin elan olunmasından sonra bildirib ki, Suriyanı qurmağa ümidin artması üçün sabahdan iş mərhələsi başlanmalıdır.

SəhərAzəri-nin məlumatına əsasən,Suriya prezidenti bir müraciətdə yüksək milli duyğularına və bu milli hərəkətdə diqqətəlayiq iştiraklarına görə, bütün suriyalılara təşəkkür edib.

«Seçki prosesinin sonunda və iş mərhələsinin əvvəlində bütün şəhidlərə və qəhrəman Suriya ordusunun üzvlərinə salam olsun! Məhz onların canfəşanlıqları hesabına, Suriyanın uşaqları və gənclərinin gələcəyinə görə, sabahdan iş mərhələsinə başlamalıyıq ki, Suriyanı qurmağa ümidi lazımi qədər artırmış olaq»- Əsəd bu müraciətdə vurğulayıb.

Suriya parlamentinin sədri Həmmudə Səbbağ dünən gecə Bəşşar Əsədin suriyalı seçicilərin əksəriyyət səsilə bu ölkənin prezident seçkilərində qalib gəldiyini elan etdi.

Suriya parlament sədri Suriya xalqının bu ölkənin prezident seçkilərində iştirakını 78 faiz elan etdi.

Suriya prezident seçkiləri ötən çərşənbə günü üç namizədin rəqabəti və bu ölkə xalqının diqqətəlayiq rəğbəti ilə keçirildi.