Sionist general: "İsrail rejimi regional müharibəyə hazır deyil; Quru qoşunlarımız dağılır"
Sionist rejimin ehtiyatda olan qüvvələrinin baş generalı son Qəzzə müharibəsində Təl-Əvivin məğlubiyyətini etiraf edərək, deyib: "İsrail rejimi ordusu regional bir müharibəyə başlaya bilməz, bunun üçün hazır deyil və quru qoşunlarımız dağılmaq ərəfəsindədir".
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin ehtiyatda olan qüvvələrinin baş komandirlərindən biri olan İshaq Brik "Haarets" qəzetində dərc edilən yazısında deyib: "İsraillilər bu ayda şərqin dəhşət ssenarisinin həqiqətini daddılar; Hansı ki, müharibələrdə təkcə hava hücumları vasitəsilə qalib gəlməyin mümkünlüyü nəzərriyəsinin tam çökdüşünü təcəssüm etdirdi".
O, bu təhlildə Fələstində müqavimət mehvərinin vəziyyəti ilə bağlı yazıb: "HƏMAS dayandırılmayıb. İdeologiya onun ilham mənbəyidir. Bu hücumlar əsnasında bütün ölkə iflic oldu və milyardlarla dollarlıq iqtisadi ziyan vuruldu ki, onun bir hissəsi, sənaye iqtisadiyyatının böyük bir hissəsinin iflic olması ilə əlaqədardır, Qəzzədəki hədəfləri vurmaq üçün istifadə olunan minlərlə dəqiq və ağıllı bombaların dəyəri çox yüksək idi".
Sionist ordunun yüksək rütbəli komandiri etiraf edib ki, Həmas və İslami Cihad bizi ələ saldılar və müxtəlif bölgələrə, o cümlədən "Quş Dan" bölgəsinə raket zərbələrini davam etdirdilər. Halbuki, baş nazir, müharibə naziri və baş qərargah rəisi Qəzzənin bizim səbəb olduğumuz dağıntılardan çətin qurtara biləcəyini iddia edirdilər".