İyul 08, 2021 18:15 Asia/Baku
  • Suriyanın ərazi bütövlüyünə təkid edilib

«Astana prosesi» adlandırılan Suriya barədə on altıncı beynəlxalq iclasın iştirakçıları bu ölkənin ərazi bütövlüyü, suverenliyi və istiqlaliyyətinə hörməti zəruri hesab ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, 16-cı beynəlxalq Astana iclası Suriyanın hökumət və müxalifət heyətlərinin, həmçinin zamin ölkələr olan İran, Rusiya və Türkiyənin, eləcə də nəzarətçi ölkələr kimi İraq və Livanın iştirakı ilə cari il iyulun yeddisi və səkkizində Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçirilib.

Bu çoxtərəfli iclasda həbs olunmuş şəxslər məsələsi, ABŞ-ın Suriyaya qarşı sanksiyaları, sərhəd keçidləri məsələsi, Cenevrədə əsas qanun komitəsinin altıncı iclasının keçirilməsinə səy, Suriya prezident seçkilərinin keçirilməsi və bu ölkədə siyasi stabillik sahəsində səylər nəzərdən keçirilib.

Teqlər