Bəhreyndə siyasi məhbusların ailələri aksiya keçiriblər
İyul 25, 2021 19:44 Asia/Baku
Bəhreyndə siyasi məhbusların ailələrinin bu ölkənin müxtəlif şəhərlərində keçirdikləri dinc aksiyalar davam etməkdədir.
SəhərAzəri-nin məlumatına əsasən, Siyasi məhbusların ailələri bu gün müxtəlif bölgələrdə bir yerə toplaşaraq, vurğulayıblar ki, öz qanuni hüquqlarına nail olanadək ardıcıl mübarizələrini davam etdirəcəklər.
Aksiya iştirakçıları həmçinin Ali-Xəlifə tərəfindən həyata keçirilən siyasi həbsləri pisləyiblər. Onlar bu rejimin məhbəslərində saxlanan siyasi məhbusların dərhal azad edilmələrini tələb ediblər.