İyul 28, 2021 11:42 Asia/Baku
  • İnsan Haqları Gözətçisi:

İnsan Haqları Müşahidə Təşkilatı sionist rejimin Qəzzə zolağına 12 gün davam edən hücumları və bombardmanı müharibə cinayətidir və bu rejim bu hərəkətlərlə bir neçə fələstinli ailəni məhv edib".

SəhərAzəri-nin məlumatına əsasən, İnsan Haqları Müşahidə Təşkilatının bəyanatında deyilir: "Aparılan araşdırmalar, sionist rejimin Qəzza zolağında heç bir hərbi hədəf olmayan bir neçə bölgəyə hava hücumu təşkil etdiyini göstərir".

İnsan Haqları Müşahidə Təşkilatı işğalçı sionist rejimin dəfələrlə Qəzzə zolağına baxış keçirməklə bağlı qurumun müraciətini rədd etdiyini bəyan edərək, bu rejimi silahla təmin edən ölkələri sionist rejimin beynəlxalq müharibə qanunlarına tabe olmasından əmin olmağa çağırıb. 

Sionist rejimin Qərb sahilində və Qəzzədə fələstinlilərə qarşı müharibəsi mayın 10-da başladı və bu rejim ordusunun Fələstinin müqavimət qüvvələri qarşısında acizliyi səbəbindən bu rejimin nazirlər kabinetinin atəşkəs çağırışından sonra və bəzi xarici aktyorların vasitəçiliyi ilə mayın 21-də sona çatdı.

Teqlər