Fələstinli əsirlərin durumu haqda xəbərdarlıq
Fələstinli əsir Mahmud Əlfəsfusun səhhəti ağırdır
Fələstinli əsirlər və azadələrin məsələləri üzrə heyət fələstinli əsirlərin həyatı və sağlamlıq durumu üzrə tam məsuliyyətin qəsbkar sionist rejimin və bu rejim zindanları müdiriyyətinin üzərinə düşdüyünü bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, fələstinli əsirlər və azadələrin məsələləri üzrə heyət dünən gecə xəbərdarlıq edibdir ki, sionist rejimin əsirliyində olan fələstinli əsir Mahmud Əlfəsfus onun ölümü ilə nəticələnə biləcək kəskin infarkt təhlükəsi qarşısındadır
Mahmud Əlfəsfus 21 gündür ki, öz idarə həbsinə etiraz olaraq, aclıq keçirir.
Fələstinli heyət vurğulayıbdır ki, «Əlrəmlə» məhbəsinin həkimləri Əlfəsfusu tibbi müayinədən keçirdikdən sonra onun ağır vəziyyətinin ciddi olması haqda xəbərdarlıq və elan ediblər ki, Əlfəsfusun ürək əzələsi qırx faiz işləyir. Belə bir halda, o, kəskin halsızlıq, yorğunluq və qan azlığından, həmçinin ürək və mədə nahiyələrində problemlərdən əziyyət çəkir.
Qəsbkar sionist rejimin və bu rejim zindanları müdiriyyətinin sionist rejimin əsirliyində olan Mahmud Əlfəsfusun həyatında əsas məsuliyyət daşıyan tərəflər olduqlarını diqqətə çəkən Fələstinli əsirlər və azadələrin məsələləri üzrə heyət onun vəziyyətinə dərhal baxılmasını tələb edib.
Bu heyət sonra vurğulayıb ki, Əlfəsfusun sionist rejim tərəfindən onun idarə həbsinə son qoyulması üzrə ədalətli tələbinə əməl və lazım olan bütün tibbi yardımlar ona təqdim edilməlidir.
Sionist rejimin əsirliyində olan iyirmi fələstinli əsir öz idarə həbsinə etiraz olaraq, qeyri-məhdud aclıq aksiyasına başlayıb. Bundan əlavə, on bir gün bundan öncədən fərdi kameraya salınmasına etiraz olaraq, aclıq aksiyasına başlayan digər fələstinli əsir- Məhəmməd Nəvarə bu aksiyanı davam etdirməkdədir.